Hacıqabulda əməliyyat: 2 nəfər həbs edildi

23 Mart 2020 23:55 (UTC+04:00)

Hacıqabul rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il oktyabrın 24-də rayon ərazisindəki evlərdən birinin qarşısındakı konteynerdən 3000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Atbulaq kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Xakipur və Yevlax rayon sakini İ.İbrahimov saxlanılıblar.