Kıvanç Tatlıtuğ və həyat yoldaşı özlərini təcrid etdilər - Fotolar

25 Mart 2020 17:59 (UTC+04:00)

Koronavirus epidemiyası yayıldıqca, "evdə qalmaq" çağırışları bütün dünyada səslənməyə başladı. Kıvanç Tatlıtuğ koronavirusa yoluxanların sayının artması ilə həyat yoldaşı Başak Tatlıtuğ ilə Kemerburgazdakı evində özlərini izolzasiya edib.

Teleqraf.com xəbər verir ki, cütlük təxminən 2 həftədir ki, meşədəki ağac evdən çıxmayıb. Evə heç kəsi qəbul etməyən cütlük yalnız qohumları ilə telefon danışıqları edir.

Təbiəti və heyvanları sevən cütlük günlərini itlərinə qulluq edərək və film izləyərək keçirir.