Şəki İcra Hakimiyyətinin işçiləri Prezidentin təşəbbüsünə qoşuldu

25 Mart 2020 17:45 (UTC+04:00)

Şəki Şəhər İcra Hakimiyyətinin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı addımına qoşulub.

İcra hakimiyyətinin başçısı, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, başçının kənd və qəsəbə İnzibati ərazi dairələri üzrə nümayəndələri bir aylıq vəzifə maaşları miqdarında vəsaitin Koronavirusla Mübarizə Fonduna köçürülməsi barəqə qərar qəbul ediblər./Trend/