Ronaldo və Mendeşdən 1 milyon avroluq dəstək

25 Mart 2020 20:43 (UTC+04:00)

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo və meneceri Jorje Mendeş koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo və Mendeş Portuqaliyada pandemiya ilə mübarizə aparan xəstəxanalara 1 milyon avro məbləğində yardım ediblər.

Daha əvvəl “Barselona”nın kapitanı Lionel Messi və “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da pandemiya ilə mübarizə üçün maddi yardımla yadda qalmışdılar.