Xaçmazda ikimərtəbli evdə yanğın

25 Mart 2020 22:58 (UTC+04:00)

Xaçmaz rayonunda yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Çaykənarı kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə, 2-ci mərtəbəsi və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.