ABŞ-da koronavirusdan ölənlərin sayı 1000-i ötdü

26 Mart 2020 08:47 (UTC+04:00)

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) 1031 nəfər dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin federal və yerli hakimiyyətlərin məlumatları əsasında apardığı hesablamalarda bildirilir.

Universitetin məlumatına əsasən, ümumilkdə ölkə ərazisində 68572 koronavirusa yoluxma halı qeydə alınıb.