Futbolçular meydana maska ilə çıxdı - Etiraz

26 Mart 2020 21:34 (UTC+04:00)

Koronavirus epidemiyası ilə əlaqədar dünyada əksər futbol çempionatları təxirə salınıb. FİFA rəhbərliyi hazırda əsas məqsədin virusa qarşı mübarizə olduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, bəzi ölkələr koronavirus epidemiyasına məhəl qoymayaraq milli çempionatlarını keçirməkdə davam edir. Belə ölkələrdən biri Nikaraquadır. Ölkə rəsmiləri futbol oyunlarının təxirə salınmasına ehtiyac görməyib.

Amma futbolçular başqa cür düşünürlər. Ötən gün Diriangen və Deportivo Okotal klubları arasında keçirilən oyun vaxtı futbolçular etiraz əlaməti olaraq meydana maska və qoruyucu tibbi ləvazimatlarla çıxıblar.