Baş məşqçi xəstəxanaya avtomobil hədiyyə etdi

28 Mart 2020 00:38 (UTC+04:00)

"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo koronavirusla mübarizə üçün italyan həkimlərə dəstək nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, o, məmləkəti olan Korilyano-Kalabroda bir xəstəxana təcili yardım maşını alıb.