Britaniya kraliçası da koronavirusa yoluxdu

28 Mart 2020 13:02 (UTC+04:00)

Böyük Britaniya kraliçası II Yelizaveta yeni tip koronavirusa (COVİD-19) yoluxub.

Axar.az xəbər verir ki, bu barədə “UCR Nyus” məlumat yayıb.

Kraliçanın Böyük Britaniyanın Baş naziri Boris Consonla Bukingem sarayında gerçəkləşən görüşdən sonra virusa yoluxduğu ehtimal olunur.

Qeyd edək ki, Boris Consonla bərabər, ölkənin Səhiyyə nazirinin də koronavirusa yoluxduğu açıqlanıb.