Bakıda 6 yaşlı uşağın ölümü ilə bağlı - Rəsmi açıqlama

28 Mart 2020 15:36 (UTC+04:00)

Bakıda 6 yaşlı uşaq xəstəxanaya çatan kimi dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, uşaq kəskin qarın simptomu diaqnozu ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.

TƏBİB-dən verilən məlumata görə, uşaq İnstituta daxil olan kimi ölüb: “Ölümün dəqiq səbəbi tibbi ekspertizanın nəticəsindən sonra məlum olacaq”.