Qohumunun evindən 30 min manat oğurlayan qadın tutuldu

29 Sentyabr 2014 14:05 (UTC+04:00)

Bakının Nərimanov rayonunda mənzildən külli miqdarda pul oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də Vüsalə Orucovanın mənzilindən 30000 manat dəyərində qızıl əşyalar oğurlamış qohumu - Bakı şəhər sakini Günel Məmmədova tutulub.

Hacı Zeynalov