Məşhur rusiyalı bəstəkar öldü

19 Aprel 2020 18:54 (UTC+04:00)

Rusiyalı məşhur bəstəkar Aleksandr Vustin vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Bəstəkarlar İttifaqı məlumat yayıb.

“Rusiya Bəstəkarlar İttifaqı Aleksandr Vustinin doğmaları və yaxınlarına başsağlığı verir”, - məlumatda bildirilib.

Qeyd edək ki, Vustin ötən həftə ağciyər iltihabı ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər ona birtərəfli pnevmoniya diaqnozu qoymuşdular. Onun koronavirusdan ölməsi ilə bağlı məlumat yoxdur.