Britni Spirs evini yandırdı... - Foto

4 May 2020 15:40 (UTC+04:00)

Amerikalı məşhur müğənni Britni Spirs karantin rejimində etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, karantini evində rəqs etməklə və sosial şəbəkədə paylaşımla keçirən 38 yaşlı müğənni altı ay əvvəl idman salonunu yandırdığını etiraf edib.

O, idman salonundakı iki şamdan birini yanarkən unutduğunu və nəticədə yanğın çıxdığını deyib.

İfaçı salondakı əşyaların yanaraq küll olduğunu bildirib.

Britni Spirs yanğın zamanı həyəcan siqnalının vaxtında səsləndiyi üçün heç kimin xəsarət almadığını qeyd edib.