Elm dünyası şokda - Yeni planet kəşf edildi

11 May 2020 20:23 (UTC+04:00)

Yeni zelandiyalı alimlər Yer kürəsinə oxşar planet kəşf ediblər.

Teleqraf.com xəbər verir ki, Yer kürəsindən böyük, Neptundan isə kiçik kütləyə malik bu planetə OGLE-2018-BLG-0677 adı verilib.

Yeni planetin öz ulduzuna məsafəsi Veneranın Günəşə olan məsafəsindən uzaq, Yer kürəsindən yaxın olduğu bildirilir.

Məlumata görə, bu planetdə bir il 617 gün sürür.