Bakı metrosunda faciə

2 Oktyabr 2014 15:23 (UTC+04:00)

Bakı metropolitenində bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə,oktyabrın 1-də saat 08 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasında Bakı şəhər sakini Həsrət Davudzadə müvazinətini itirərək dəmir yol xəttinin üstünə yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov