Arvadını öldürən kişi həbs edildi

2 Oktyabr 2014 16:43 (UTC+04:00)

Bakının Sabunçu rayonunda arvadını bıçaqlayan kişi həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Xanım Həsənovanı bıçaqlayan Bakı şəhər sakini Rafiq İmanov tutulub.

Qeyd edək ki, hadisə rayonun Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbənin Azərbaycan Qadını küçəsində Rafiq Kərimov həyat yoldaşı Xanım Kərimovanı bıçaqlayıb. Xanım Kərimova 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Rafiq Kərimov hadisə yerindən qaçıb.

Hacı Zeynalov