Barıt fabrikində partlayış: 15 ölü

2 Oktyabr 2014 17:04 (UTC+04:00)

Bolqarıstanın şimal-qərbindəki Vidin şəhəri yaxınlığında barıt fabrikində partlayış baş verib.

Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, zavodda olduğu güman edilən 2-si qadın olmaqla 15 nəfərdən ümid kəsilib. Hadisə ilə bağlı Bolqarıstanda sabah matəm günü elan edilib.

Bu barədə Bolqarıstan daxili işlər naziri Yordan Bakalov açıqlama verib.

Rəsmilər zavodun yerləşdiyi regionda yalnız iki böyük krater olduğunu bildirib.

Faktla bağlı araşdırmalara başlayan polis 4 kilometr miqyasında təhlükəsizlik sahəsi yaradıb.

Samir