Avstraliyadan koalisiyaya yardım

3 Oktyabr 2014 10:00 (UTC+04:00)

Avstraliya ABŞ və koalisiya güclərinə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı endirilən aviazərbələrdə iştirak edəcək.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Tonni Abbot açıqlama verib. Onun sözlərinə görə, bununla yanaşı təxminən 200 nəfər xüsusi təyinatlı da İraqa göndəriləcək. Abbot avstraliyalı hərbçilərin İraq ordusunun hazırlanmasına yardım edəcəyini və hərbi əməliyyatlarda iştirak etməcəyini qeyd edib.

Baş nazir İŞİD-ə qarşı müharibənin uzun sürə biləcəyini də bildirib: “Bu mübarizə illərlə davam edə bilər. Nə qədər yardım lazım olsa edəcəyik. Ancaq Avstraliya müharibəyə hazır deyil. Yalnız hrəbi əməliyyatlara havadan dəstək verəcəyik”.

Samir