Ən çox ölüm bu müsəlman ölkəsindədir - Afrikada son durum

22 May 2020 16:54 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı nümayəndəliyi bölgədə COVID-19 koronavirus infeksiyası səbəbindən ölənlərin sayının 3 mini keçdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın “Tvitter” səhifəsində məlumat verilib.

“Afrikada koronavirusa 99,4 mindən çox yoluxma hadisəsi təsdiqlənib. 39 mindən çox insan sağalıb, 3078 xəstə ölüb”, – deyə məlumatda bildirilir.

ÜST-nin statistikasına görə, indiyə qədər bölgədə koronavirusdan ən çox insan ölümü Əlcəzairdə qeydə alınıb. Burada 575 nəfər COVID-19 diqnozu ilə dünyasını dəyişib.

Bundan əvvəl ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus Afrikada koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətin narahatlıq doğurduğunu bildirmişdi.