Sərhədlərin açılması iyunun 15-dən sonra... - Ramin Bayramlı

22 May 2020 18:05 (UTC+04:00)

31 may tarixindən sonra sərhədlərin açılması gündəmdə deyil. Bunun üçün 15 iyun tarixi düşünülür və bu müddət uzana da bilər.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Sərhədlərin açılması mövzusu ilə bağlı karantin mərkəzlərinin vəziyyəti, vətəndaşlarımızın sayı müzakirə olunur".

O əlavə edib ki, parklarda gəzənlər sosial məsafə qaydalarına ciddi riayət etməlidir: "Qapalı məkanda maskalardan istifadə mütləqdir. Xüsusilə liftlərdə, binalarda virusun səthlər üzərində qalması nəzərə alınmalıdır. Eyni zamanda banklar qarşısında növbə zamanı maska taxılması vacibdir".