Qərb rayonlarında güclü külək, dolu, yağış... - Foto

23 May 2020 00:39 (UTC+04:00)

Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək əsib, dolu düşüb.

Respublikamızın qərb bölgəsində hava şəraiti kəskin şəkildə dəyişib.

Külək Gəncədə bir neçə iri gövdəli ağacları aşırıb, budaqları sındırıb. Tovuz, Şəmkir və digər rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Samux-Gəncə avtomobil yolunda aşan ağaclar avtomobillərin hərəkətinə maneə yaradıb.