Dost ölkədə dəhşətli təyyarə qəzası: 107 nəfərdən 2-si sağ qaldı

23 May 2020 10:42 (UTC+04:00)

Dünən Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi Lahordan Kəraçiyı uçarkən qəzaya uğrayib. Nəticədə sərnişinlər və ekipaj üzvləri həlak olub.

Teleqraf.com xıbır verir ki, təyyarədə 99 sərnişin, 8 ekipaj üzvü olub. Kəraçi şəhər bələdiyyə sədri bildirib ki, qəzadan heç kəs xilas olmayıb. Ancaq sonradan bəlli olub ki, 107 nəfərdən 2 nəfər xilas ola bilib.

Xilas olan Zübair adlı şəxs deyib ki, hadisə zamanı ancaq duman görüb: “Hər yerdən qışqırıq səsləri gəlirdi. Kimsəni görə bilmirdim, amma səsləri eşidirdim”.

Qəzadan xilas olan və ağır yaralanan Pəncab Bankının sədri Zəfər Məsud isə təcili xəstəxanaya çatdırılıb.