Bakıda avtomobil aşdı, 1 nəfər öldü

23 May 2020 13:23 (UTC+04:00)

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 22-də saat 23 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - paytaxt sakini Azər Bədirli hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.