Pakistanda təyyarə qəzasında dünyaca məşhur model də öldü

23 May 2020 14:51 (UTC+04:00)

Ötən gün Lahor-Kəraçi təyayrəsinin qəza etməsi nəticəsində vəfat edən şəxslərin arasında Pakistanın dünya səviyyəli məşhur modeli Zara Abidin olduğu da ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, sərnişin təyyarəsində olan sərnişinlərin siyahısı açıqlanarkən bəlli olub ki, Zara Abid də təyyarədə olub.

Pakistanın öndə gələn modelyeri Xədicə Şah sosial media hesabında bu xəbəri payaşaraq bildirib ki, həyatını itirən Abidin çox fəal işləyən və gözəl insan kimi xatirələrdə qalacaq.

Qeyd edək ki, dünən Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi Lahordan Kəraçiyı uçarkən qəzaya uğrayib. Nəticədə təyyarədəki 107 nəfərdən 105-i həlak olub, iki nəfər isə sağ qalıb.