İspaniyada futbol çempionatı bərpa edilir

23 May 2020 19:41 (UTC+04:00)

İspaniyada futbol üzrə ölkə çempionatı iyun ayının 8-də bərpa ediləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin baş naziri Pedro Sançes bildirib.

"Qarşımızda yeni üfüqlər açılır. Gündəlik vəzifələrə qayıtmağın vaxtı gəldi. Bunların arasında 8 İyunda bərpa ediləcək milli futbol çempionatı da var", - nazir deyib.

Xatırladaq ki, koronavirus pandemiyasının səbəb olduğu İspaniyanin futbol çempionatındakı fasilədən əvvəl 27 tur oynanılıb. Turnir cədvəlində lider 58 xalla "Barselona"dır.