ABŞ-da son durum: ölü sayı 100 minə çatır

23 May 2020 20:45 (UTC+04:00)

ABŞ-da gün ərzində daha 1307 nəfər koronavirusdan ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu agentliyi qeyd edib. Məlumata görə, virus qurbanlarının sayı 97 min 696-ya çatıb.

Virusa yoluxmanın sayı isə 24 min 870 nəfər artaraq, ümumilikdə 1 milyon 647 min 212 nəfərə çatıb.