İspaniya turizm mövsümünü bərpa edir

24 May 2020 01:36 (UTC+04:00)

İspaniyada cari ilin iyul ayında turizm mövsümü bərpa edilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin baş naziri Pedro Sançes deyib.

Nazri bildirib ki, ölkə həm bölgələrin sakinlərinin, həm də səyahət edənlərin təhlükəsizliyi üçün bütün lazımi tədbirləri görəcək: "Bu barədə aidiyyəti nazirliklər yaxın gələcəkdə detalları açıqlayacaqlar".

Hansı ölkələrlə hava əlaqələrinin yenidən açılacağı bilinməsədə, nazir tur operatorları yay kampaniyasına başlamağa çağırıb.

Xatırladaq ki, İspaniya koronavirus infeksiyasının ən çox yayıldığı ölkələrin ilk beşliyindədir. Ölkədə bu virusa 234,8 min nəfər yoluxub.