Şok: Ərazilər bu gün ilhaq edilir? – Dünya tarixi olayın astanasında

1 İyul 2020 15:00 (UTC+04:00)

İsrailin Xarici İşlər naziri Qabi Aşkenazi ABŞ Prezidenti Donald Trampın sülh planına uyğun olaraq İordan çayının Qərb Sahilinin bir hissəsinin ilhaqının bu gün baş tutmasının çətin olduğunu düşünür.

Teleqraf.com xəbər verir ki, nazir bu addımın bu gün atılmasına bir sıra amillərin mane olduğunu bildirib.

“Bunun bu gün baş verməsi ehtimalı azdır. Suverenliyin genişləndirilməsi ilə bağlı bir açıqlama veriləcəyini bilmirəm, baş nazirdən (Binyamin Netanyahu) soruşun”, - Aşkenazi qeyd edib.

Baş nazir Binyamin Netanyahu iyunun 30-da ABŞ prezidentinin köməkçisi Avi Berkovitzlə görüşdükdən sonra 1 iyulun İsrail suverenliyinin Qərb Sahilinin bir hissəsinə yayılması üçün başlanğıc tarixi olacağını demişdi.