Partiya sədri onlayn səsvermə ilə seçildi - İlk

15 İyul 2020 18:30 (UTC+04:00)

Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında o özü məlumat verib.

Fazil Mustafa bildirib ki, bu gün Böyük Quruluş Partiyasının növbəti VI qurultayı onlayn qaydada keçirilib və o, yenidən partiya başqanı seçilib.

“Şəxsimə göstərilən etimada görə bütün partiya üzvlərinə təşəkkürümü bildirirəm”, – deyə Fazil Mustafa bildirib.

Qeyd edək ki, Fazil Mustafa 2005-ci ildən Milli Məclisin deputatıdır. 2020-ci ildən isə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavinidir.