Paşinyan işdən qovduğu generala üz tutdu: Yeni tapşırıq

17 İyul 2020 13:41 (UTC+04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin keçmiş baş qərargah rəisi Artak Davtyanı Hərbi-Sənaye Komitəsinin rəhbəri vəzifəsinə təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Artak Davtyan əvvəllər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edib.

Pandemiya dövründə sərt karantin rejimini pozduqdan sonra işdən çıxarılıb. Artak Davtyan qaydaları pozaraq oğluna toy mərasimi təşkil edib.

Həmin günlərdə erməni mediası isə Ermənistan baş nazirinin generalı tutduğu postdan Silahlı Qüvvələr daxilində gizli hərbçi çevriliş hazırlamaq şübhəsi ilə işdən azad etdiyini yazmışdı.