Bəhramdan xəstəxanada ilk paylaşım: "Hələ ki dayanmağı bacarıram..."

18 İyul 2020 09:17 (UTC+04:00)

Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş əməkdar artist Bəhram Bağırzadəni sosial şəbəkədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə İnstaqramda bu sözləri yazıb: "Hələ ki dayanmağı bacarıram. Hamınız çox sağ olun".

Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Onun ağciyər toxumasının 90 faizdən çox zədələndiyi məlum olub.