Ayasofyadakı ilk namazda ərik sürprizi

18 İyul 2020 23:53 (UTC+04:00)

Malatyadakı Yaşılyurd bələdiyyəsinin rəhbəri Mehmət Çınar məscidə çevrilən Ayasofyada ilk namazdan sonra insanlara ərik paylanacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bələdiyyə sədri iyulun 24-də ilk namazda insanların sevincinə şərik olamq məqsədilə onlara ərik təklif olunacağını söyləyib.

Bundan öncə Qaziəntəp Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin də ilk namazdan sonra paxlava paylanacağını bildirmişdi.