Hollivud Azərbaycan yazıçısının əsərinə film çəkəcək - Dəvət

20 İyul 2020 14:43 (UTC+04:00)

Yazıçı Yunus Oğuzun “Nadir Şah” əsərinə Hollivudda film çəkiləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Glasslink Solutions” şirkətindən azərbaycanlı yazıçıya göndərilən məktubda bildirilib.

Şirkətin nümayəndəsi Cey Brayntın adından Yunus Oğuza göndərilən məktubda bildirilib ki, müəllifi olduğu tarixi roman – “Nadir Şah” sözügedən qurumun redaktorları tərəfindən qiymətləndirilib və xoş sözlər deyilib:

“Qeyd edilib ki, kitabınız beynəlxalq miqyasda rəqabətə meyllidir və biz istərdik ki, romanı Hollivud prodüsserlərinə vermək üçün sizi bura dəvət edək”.