"Dərmanlar ÜST protokollarına uyğun alınır" - Rəsmi

20 İyul 2020 18:56 (UTC+04:00)

Dərmanlar ehtiyac olduğu halda alınır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"ÜST protokollarına uyğun olaraq dərmanlar alınır və xəstəxanalara gətirilir".

O qeyd edib ki, yalnız hərarəti ölçməklə koronavirus xəstələrini müəyyən etmək mümkün deyil.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov əlavə edib ki, postlarda vətəndaşların hərarətinin ölçülməsi vaxt itkisinə səbəb ola bilər: "Lakin marketlərin, idarələrin girişlərində insanların hərarəti ölçülür. Bu, çox təqdirəlayiq haldır".