DİN-dən zabitlərin düşdüyü qəza ilə bağlı – Açıqlama

21 İyul 2020 13:18 (UTC+04:00)

Daxili İşlər Nazirliyi ötən gün zabitlərin düşdüyü qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyulun 20-də saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilıb və təcili tibbi təxliyəsi təşkil olunub.

Araşdırma aparılır.