Türkiyədə daha 17 nəfər koronavirusdan öldü

24 İyul 2020 22:03 (UTC+04:00)

Son sutka ərzində Türkiyədə daha 17 nəfər koronavirusdan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 5 min 580-ə çatıb.

Nazir bildirib ki, indiyədək Türkiyədə 224 min 252 nəfər koronavirusa yoluxub.