Həmsədrlər Azərbaycan və Ermənistana müraciət etdilər

24 İyul 2020 23:53 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik bəyanat yayıblar.

Bu barədə Teleqraf.com-a ATƏT-dən bildirilib.

Qeyd edilir ki, həmsədrlər bəyanatda tərəfləri danışıqlar masası ətrafına əyləşməyə çağırıblar.