Mələkxanım Əyyubovanın ailəsindən şad xəbər - Foto

25 İyul 2020 11:44 (UTC+04:00)

Xalq artisti Mələkxanım Əyyubovanın oğlu ADA məktəbinə daxil olub.

Teleqraf.com xəbər verir ki, Mələkxanım Əyyubova bu haqda İnstaqramda məlumat verib.
O, "Canım Nicatım, səni ADA məktəbinə daxil olmağın münasibəti ilə təbrik edirəm. Uğurların bol olsun, səsin həmişə uca zirvələrdən gəlsin", - deyə qeyd edib.

Qeyd edək ki, Mələkxanım Əyyubova polkovnik Xosrof Nəcəfovla evlidir. Cütlüyün dörd övladı var. Qızı Nəzrin isə rəssamdır.