Bakıda bacı və qardaşa qarşı dəhşətli cinayət – Təfərrüat

27 İyul 2020 08:11 (UTC+04:00)

Bakıda arvadına və qayını öldürməyə cəhd etməkdə ittiham olunan Elmar Qırxlarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayon, Eldar Babayev küçəsi, ev 30 ünvanında baş verib.

Ötən il dekabrın 7-də Bakı şəhər sakini Elmar Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı Ayşən Qırxlarovanın yaşadığı evə gəlib.

O, Ayşən Qırxlarovaya və qardaşı İlkin Mənsimliyə bıçaqla xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar Qırxlarov saxlanılıb.

Məlum olub ki, Elmar Qırxlarov Ayşən Qırxlarovanın keçmiş əridir. Sonuncuonu tərk edərək, qardaşı ilə yaşayıb.

Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İlkin Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib. Onun hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

İstintaq orqanı tərəfindən Elmar Qırxlarovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.