Bakıda ağır qəza: Ölən var

26 İyul 2020 21:39 (UTC+04:00)

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Nizami Səyyadov avtomobillə vurulub.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.