“Paşinyan istəyinə nail olmadı” - Deputat

27 İyul 2020 20:11 (UTC+04:00)

Ermənistan davamlı olaraq həm qoşunların təmas xəttində, həm də sərhəd ərazilərimizdə təxribatlar törədir. Bu təxribatların ən başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanın cavab reaksiyasına nail olsun və bunu Azərbaycanın Ermənistana qarşı aqressiyası kimi təqdim etsin. Digər məqsəd də ondan ibarətdir ki, Ermənistan özünün işğalçılıq siyasətinə bu və ya digər formada bəraət qazandırmaq istəyir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğu bildirib.

Onun sözlərinə görə, Ermənistan dünyaya özünün aqressor olmadığını nümayiş etdirmək istəyir: "Təbii ki, Azərbaycanın da informasiya müstəvisində fəaliyyəti kifayət qədər çevikdir. Artıq əvvəlki dönəmlər deyil, Azərbaycan öz mövqelərini müdafiə etmək iqtidarındadır.

Deputatın fikrincə, artıq ardıcıl olaraq Azərbaycanın mövqeyi dəstəklənməklə münaqişənin tənzimlənməsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkünlüyü səsləndirilməkdədir.

Elşad Mirbəşiroğu qeyd edib ki, Azərbaycanın özünün iradəsi sayəsində yeni bir reallıq mövcuddur:
“Dünyanın müxtəlif ölkələrində həmvətənlərimizə qarşı ermənilərin silsilə zorakılıqlar törətməsi təbii ki, Ermənistanın bütün cəbhələrdə Azərbaycana qarşı mübarizə apardığı konteksindən irəli gəlir. Sözsüz ki, bu da öz məkirli niyyətlərini həyata keçirmək cəhdləri kimi qiymətləndirilməlidir. Paşinyanın başlıca məqsədi ondan ibarətdir ki, xaricdə bir düşmən obrazı formalaşdırsın və ölkə daxilindəki problemlərdən əhalinin diqqətini yayındırsın. İşğalçı ölkənin baş nazirinin siyasi karyerası sözün həqiqi mənasında çox ciddi təhlükə qarşısındadır. O hakimiyyətə gələrkən vermiş olduğu heç bir vədi yerinə yetirə bilmədi. Bu həm sosial-iqtisadi xarakterli, həm də qondarma rejimin müstəqil tərəf kimi danışıqlara cəlb edilməsinə nail olmaqdan ibarət idi. Amma Paşinyan sosiai-iqtisadi xarakterli vədləri yerinə yetirə bilmədi. Eyni zamanda qondarma Dağlıq Qarabağ rejimini də müstəqil tərəf kimi danışıqlara qoşulmasına nail olmadı. Çünki bu heç vaxt olmayacaq. ATƏT-in Minsk Qrupu da bununla bağlı mövqeyini bildiridi. Eyni zamanda Brüsseldə də məsələ ilə bağlı aydın mövqe nümayiş etdirildi”.

Deputatın sözlərinə görə, belə olan halda Paşinyanın elektoratı sürətlə zəifləməyə başladı və ona qarşı ciddi müxalifət koalisiyasının formlaşamasını da təmin etmiş oldu:

“Onların da kifayət qədər real potensialları var. Keçmiş təhlükəsizlik xidmətinin rəhbərliyi altında formalaşmış müxalifət Paşinyanı ciddi narahat etməkdədir. Ona görədə o Tovuz istiqamətində Azərbaycana qarşı sərhəd boyunca təxribatlar törətməklə daxili auditoriyaının diqqətini ölkə daxilindəki problemlərdən yayındırmağa çalışdı. Eyni zamanda Ermənistanın təqdim etməyə çalışdığı lakin nail ola bilmədiyi xarici düşmənə qarşı daxili həmrəyliyi də gücləndirməyə çalışılır. Paralel Paşinan daxildəki rəqbilərini də zərərsizləşdirməyə də cəhd göstərir”.

Elşad Mirbəşiroğlu bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan tərəfi kifayət qədər məntiqli və təmkinli davranmaqdadır.

Deputatın fikrincə, soydaşlarımıza qarşı törədilən zorakılıqlar heç bir halda cavabsız qalmamalıdır.

Vurğulayıb ki, Azərbaycan dövləti nümayiş etdirir ki, dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlının yanındadır:
“Hüquq müstəvisində soydaşlarımıza qarşı törədilən zorakılıq tərədənlərin cavabını verməklə nümayiş etdirməliyik ki, Azərbaycan sivil xalqdır. Biz ermənilər kimi barbar hərəkətlərdən uzaq bir toplumuq. Bizim istədiyimiz regionda sülhün təmin olunması və ərazi bütövlüyümüzün təmin olunmasına nail olmaqdır.

Millət vəkili əlavə edib ki, hansı ölkələrdəki soydaşlarımza qarşı ermənilərin aqressiyası var, həmin ölkələrin hüququ-mühafizə orqanları və siyasi hakimiyyəi ilə intensiv işlərin aparılması vacibdir: “Bununla da ermənilərin soydaşlarımızı provakasiyalara çəkməsinin qarşısını almağa nail olmaq olar. Xüsusəndə Los-Ancelesdə törədilənlərlə bağlı mütləq ki, erməni vandallarının məhsulliyətinə nail olmaq əsasdır Artıq dövlətimiz bu istiqamətdə təsirli tədbirləri həyata keçirməkdədir”.