Azərbaycan Prezidenti perulu həmkarına məktub göndərdi

27 İyul 2020 16:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Peru xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Peru dostluq münasibətlərinin həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda daha da inkişafı üçün imkanlar mövcuddur.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq arzulayıram".