Razi Nurullayev AXCP adından imtina etdi

28 İyul 2020 12:27 (UTC+04:00)

Deputat Razi Nurullayevin sədr olduğu partiyanın onlayn qurultayı keçirilib.

Teleqraf.com xəbər verir ki, qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası adından imtina edilib.

Onlayn qurultayda Milli Cəbhə Partiyasının (MCP) təsis edilməsi haqqında qərar verilib.

“Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik", - qurultayın bəyannaməsində deyilir.

Vurğulanıb ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür.