Ağcabədidə silahlı şəxs saxlanıldı – Foto

28 İyul 2020 16:09 (UTC+04:00)

Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat və narkotik vasitə saxlayan şəxsin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat və narkotik vasitə saxlamaqda şübhəli bilinən rayon sakini Hüseyn Şirinov saxlanılıb.

Hüseyn Şirinovun yaşadığı ünvana baxış keçirilən zaman oradan müxtəlif adda odlu və soyuq silahlar, müxtəlif növ patronlar - xüsusi ilə istifadəyə yararlı 112 ədəd müxtəlif kalibrli avtomat patronları, eləcə də 300 qram qurdulmuş marixuana aşkar edilib.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.