Yunanıstan Türkiyəyə cavab verdi: Biz də dialoqa hazırıq

28 İyul 2020 18:38 (UTC+04:00)

"Təzyiq və təhdid olmadan Türkiyə ilə dialoqa hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias deyib.

Nazir Türkiyə ilə yeganə problemlərinin qitə şelfinin və dəniz yurisdiksiyası sahələrinin müəyyənləşdirilməsi olduğuna diqqət çəkib. O, Yunanıstanın qonşusu Türkiyəyə hörmətli olduğunu xatırladıb.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Yunanıstanın Türkiyə üçün əhəmiyyətli bir qonşu olduğunu bildirmişdi: “Prezidentimizin göstərişləri çərçivəsində, Yunanıstanla heç bir şərt olmadan; Egey dənizi, kontinental şelf, adalar, hava məkanı, karbohidrogen axtarışı və Şərqi Aralıq dənizinin bütün digər ikitərəfli problemləri haqqında danışmağa hazırıq".