Gəncədə güclü külək elektrik xətlərini sıradan çıxardı

28 İyul 2020 22:35 (UTC+04:00)

Qərb bölgəsində əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb.

Teleqraf.com xəbər verir ki, bu gün axşam saatlarında Gəncədə küləklə müşahidə olunan külək əsib. Təbiət hadisəsi zamanı bir neçə küçədə ağaclar tikililərin və elektrik xətlərinin üzərinə aşıb. Nəticədə bəzi ərazilərdə enerji təminatında fasilələr yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Analoji təbiət hadisəsi ətraf rayonlarda da müşahidə olunub. Gədəbəyin bəzi yaşayış məntəqələrinə dolu yağıb.