Bakıda 18 yaşlı gənc kürəyindən bıçaqlandı

29 İyul 2020 00:59 (UTC+04:00)

Bu gecə paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu rayonunda, Ramana südçülük sovxozu ərazisində qeydə alınıb.

Naməlum şəxs 2002-ci təvvəlüdlü Əsgərov Emral Elnur oğluna bir neçə bıçaq zərbəsi vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürəyin və boynun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.