İspaniyada 5 klubda koronavirus aşkarlandı

30 İyul 2020 01:16 (UTC+04:00)

İspaniyanın 5 futbol klubunda koronavirus testlərinin nəticəsi müsbət çıxıb.

Teleqraf.com-un məlumatına görə, bunlar La Liqada mübarizə aparan "Sevilya", "Almeriya", "Saraqosa", "Deportivo" və "Real Madrid"dir.

Ölkədə mövsüm yekunlaşsa da, "Real Madrid" Çempionlar Liqasında, "Sevilya" Avropa Liqasında mübarizəni davam etdirir. Sequndada isə La Liqaya vəsiqə uğrunda pley-off matçları hələ keçirilməyib.

"Almeriya" və "Saraqosa" elitaya yüksəlmək üçün yarımfinallarda çıxış etməlidir. Bu matçlar daha əvvəl təxirə salınıb.