2000 metr yüksəklikdə bayram namazı - Foto

31 İyul 2020 11:30 (UTC+04:00)

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bayram namazını Nuh Peyğəmbər hərbi bazasında əsgərlərlə bir yerdə qılıb.

Teleqraf.com xəbər verir ki, nazir bayram namazı üçün Şırnakda 2000 metr yüksəkliyə qalxıb.

“Twitter” hesabından fotoları paylaşan nazir yazıb: “Qurban bayramında bərəkəti və Sefinə bölgəsinin mənəvi iqlimi ilə Şırnak Nuh peyğəmbər bazasında qəhrəmanlarımızla bayramlaşırıq”.