Dünyada COVID-19-a yoluxanların sayı 19 milyonu ötdü

7 Avqust 2020 08:25 (UTC+04:00)

Dünyada koronavirus xəstələrinin ümumi sayı 19 milyonu ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Conc Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ABŞ yoluxma sayında liderliyini saxlayır. Birləşmiş Ştatlarda COVID-19-a demək olar 4,9 milyon yoluxma qeydə alınıb.

Pandemiya ərzində dünyada təxminən 712,5 min insan təhlükəli infeksiyadan ölüb. Onlardan 160 mindən çox ABŞ-ın payına düşür.